22. Октябрь, 2019 в 21:52,
Нет комментариев

Ölkə Başcısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son cıxışına bir daha böyük fərəh hissi kecirdim.
Hüquqşünas: Əli İbrahimov
Cənab prezidentin nəinki o günki cıxışı ilə atdıqı məqsədyönlü addımı, onun bütün addımları məmurlar üçün örnək olmalıdır. Amma çox təəssüflər olsun ki, zaman – zaman bəzi məmurlar cənab prezidentin təqdim etdiyi, ortaya qoyduğu davranış və dözümlülük qaydalarını pozurlar. Bəzən biz harınlamış, yolunu azmış, rüşvətxor, haqdan uzaq düşmüş, özünün var-dövləti ilə öyünməyə çalışan, dövlətinə, xalqına qarşı əks mövqe tutan ayrı-ayrı məmurları görmüşük. Mən həmişə demişəm ki, məmurların hər biri cənab prezidentdən həmişə örnək götürməlidir. Məmurlar sadəliyi ilə vətəndaşlara doğru yol göstərməlidir, onların həmişə yanında olmalı və rəğbətini qazanmalıdır. Prezidentimin o günki cıxışı eyni zamanda son günlardə apardığı kadr islahatları məmurlara dərs olmalıdır”.