Перейти к основному содержимому
  • RUS
  • AZE






  • Блог
  • Галерея
  • Обо мне
  • Блог

23. Октябрь, 2019 в 19:01, Нет комментариев
Korrupsiya cinayətləri Azərbaycana ildə nə qədər ziyan vurur...  

Vətəndaşların müəyyən hissəsi  rüşvət verməkdə, təklif  etməkdə  və vasitəçilikdə  maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına cevrilirlər.             
Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada körrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Lakin aşkar olunan korrupsiya rəqəmləri həqiqəti əks etdirmir.

Azərbaycan dövləti korrupsiya  ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir. Ölkə prezidenti dəfələrlə  bu barədə dövlət orqanalarının məmurlarına xəbərdarlıq,  vətəndaşlara   isə bu mübarizədə fəal olamalarını  tövsiyə  etmişdir.  Deməli,  vətəndaşlar çəkinmədən korrupsionerlər barədə şikayət edə bilərlər. Dünya təcrübəsindən belə qənaətə gəlmək olar ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca, bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Bu baxımdan  vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipal və maraqlı  olmalıdırlar.

Bir neçə ildir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər əhəmiyyətli səviyyədə həyata keçirilmiş, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması səmtində çox iş görülmüşdür. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri iqdisadi sahədə aparılan islahatları tamamlamış, dayanıqlı iqdisadi inkişaf üçün yeni imkanlar yaradılmışdır. Korrupsiyaya qarşı mübarizə və bu problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqaməti kimi  antikorrupsiya islahatlarının innovativ xarakter daşıması ilə yadda qalır.  İqdisadiyyatın keyfiyətcə yeni  mərhələsinin formalaşması və hayata keçirilən islahatların davamlılığını  təmin etmək məqsədi ilə Prezidentin  Fərmanı ilə iqdisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilmişdir. Qeyd edilən geniş miqyaslı islahatlar ölkə üçün yeni perspektivlər və imkanlar yaradır. Korrüpsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi  korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət tərəfindən müdafiəsi müfaviq qanunvericilik aktları ilə təmin edilmişdir.

Vətəndaş cəmiyyəti inistitutları tərəfindən həyata keçirilən monitorinqlərin nəticəsində məlum olur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə  sahəsindəki   tədbirlər səmərə verməkdə davam edir.

Bu sahədə olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın  mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləmiş, “beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatında “2019-cu il Qlobal Korrupsiya Barometri”  üzrə ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişə nail olmuş,  korrupsiyanın səviyyəsinin  azalması  göstərilmişdir.

Azərbaycan respublikası Baş prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş  İdarəsinin 2019-cu ilin 9 aylıq hesabatında qeyd olunan  11 əməliyyat tədbiri nəticəsində 10 nəfər korrupsioner cinayət başında yaxalanmışdır. Baş idarənin əməliyyat heyəti tərəfindən faktlar üzrə 39 cinayət işi başlanılmış, keçirillmiş əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya  cinayətləri ilə bağlı axtarışda olan 24 şəxs tutulmuşdur. Hesabat dövründə 480 cinayət işi üzrə 313 vəzifəli şəxs barədə 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması  üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Cinayət işləri üzrə vurulmuş 402 milyon 629 manat məbləğində olan ziyanın 218 milyon 249 manat və ya 55,6%-nin ödənilməsi təmin edilmiş, 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur. Istintaqı aparılmış cinayət işləri üzrə 220 –dən çox vəzifəli şəxslər cinayət  məsuliyyətinə cəlb olunmuşlar. Onlardan 110 vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə dələduzluq etmiş, 34 nəfər vəzifə səlahiyyətlərini aşmış, 10 nəfər rüşvət almağa görə təqsirlənmiş, 14 nəfər  rüşvət verməyə görə məsuliyyətə cəlb olunmuşlar. Göründüyü kimi vətəndaşların rüşvət verməyə meyli hələ də az deyil. Bu çox ciddi faktordur və korrupsiyanı doğuran səbəblərdəndir. Vətəndaşlardan gələn rüşvət təklifi bu sahə ilə mübarizədə vətəndaş təşəbbüslərinə ciddi ziyan vurur. Korrupsiya hallarına qarşı çıxmaq əvəzinə vətəndaşlar bu cinayətin iştirakçılarına cevrilməsi dövlətin cinayətkarlıqla mübarizə siyasətinə   zərər vurur.

Azərbaycan Respublikasının Baş prokurorun yanında yaradılan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətə başladığı gündən bu günə qədər 2500-dən çox cinayət işi, aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. İcraatda olan Cinayət işləri sırasında 70 faktdan çox rüşvətxorluq; vəzifəsindən sui-istifadə halları üzrə 150-dən çox; qulluq mövqeyindən istifadə etmək və qarətlə müşayət edilən 500-dən çox cinayət iş materialları olmuşdur.

Bu cinayətlər nəticəsində dövlətə 200 milyon AZN-dən çox  ziyan dəymiş,  122 mln manatın büdcəyə keçirilməsi təmin edilmişdir. Təbii ki, rəqəmlər düşünməyə və cəzanın sərtləşdirilməsinə əsas verir.
 
Ümumiyyətlə korrupsiya faktları barədə məlumat verən vətəndaşların dövlət tərəfindən müdafiəsi belə cinayətlərin qarşısını almağa kömək edə bilərmi? – Sualı da  az səslənir. Düşünürəm ki, böyük təsiri ola bilər. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər. Bu, onların  vətəndaşlıq borcudur.  Dövlət başcısı bu istiqamətdə ötkəm və prinsipialdır. Belə mövqe hər bir vəzifəli şəxsə ciddi mesaj verir. Zənnimcə vətəndaşlar tərəfindən vəzifəli şəxslərin ələ alınmasına çalışmasının özü korrupsiyaya şərait yaratmaqdır. Rüşvət tələb olunsa da verilməsə və hüquqlarının müdafiəsinə çalışsalar  korrupsiya dəhlizini daraltmaq olar. Amma bəzən KİV-də dərc edilən faktlara reaksiyanın verilməməsi baş verən hərəkət və ya hərəkətsizliklərlə “barışmaq”,”razılaşmaq” meylini təsdiqləyir.

Ötən il ərzində 13 hakim korrupsiya hüquqpozmalarına görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə hakimiyyətində davam edən ciddi demokratik islahatlar dövlətin daxili siyasəti ilə üst-üstə düşür, səmərə verir. Son illər yalnız hüquqi erudiyasına, daxili inamına, bilik səviyyəsinə, peşəkarlığına və qabiliyyətinə görə hakim korpusuna daxil olanların sayı artır.  Ədliyyə Nazirliyinin kollegiyası sözün həqiqi  mənasında obyektiv, ədalətli və şəffavlıq prinsiplərinə üstünlük verməklə islahatları  davam etdirir.

İctimai münasibətlərə zidd hərəkətləri   törədənlərə qarşı cəza sərtliyi ilə yadda qalmalı, vətəndaşlarda ikrah hissi  oyatmamalıdır. Korrupsiya ölkə daxilində iqdisadi inkişafa real əngəl yaradır, onun buxovlayır, cəmiyyəti  maliyyə böhranına  aparır.  Məmur nüfuzu korrupsioner hərəkətlərin qurbanına cevrilir.

Korrupsiya , insan alveri, narkotik vasitələrin qanunsuz dövriyəsi və terrorçuluq cinayətləri mütəşəkkil cinayətkarlığın  bir-birilə sıx bağlı sahələridir, belə cinayətlərlə mübarizə bütün dünyada problem olaraq qalır. Mütəşəkkil qrup və dəstələrin siyasi himayədarları, hərbi və maliyyə imkanları çox geniş, (hətta bank hesabları) olduğuna görə mübarizə tam səmərə vermir. Ona görə də, dünya ictimaiyyəti bu işdə maraqlı olmalıdırlar.

Нет комментариев

Оставить отзыв







Свежие статьи

  • Allah rəhmət etsin inşallah.
    3. сен. 2020

  • 16. ноя. 2019

  • 15. ноя. 2019

  • 9. ноя. 2019

  • 9. ноя. 2019

  • 7. ноя. 2019

  • 5. ноя. 2019
Bizim məqsədimiz vətəndaşların hüquq maarifləndirmə işinə maksimum töhvə vermək, eyni zamanda hüquq sahəsində biliklərimizi vətəndaşlara catdırmaqla onların hüquqlarının təmin edilməsi istiqamətində əlmizdən gələn bilik və bacarıqlarımızı istifadə etməkdir.
Сайт создан с Mozello - самым удобным онлайн конструктором сайтов.

Создайте свой веб-сайт или интернет-магазин с Mozello.

Быстро, просто, без программирования.

Сообщить о нарушении Подробнее