Перейти к основному содержимому
  • RUS
  • AZE






  • Блог
  • Галерея
  • Обо мне
  • Блог

9. Ноябрь, 2019 в 17:49, Нет комментариев
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinin 1-ci abzasına əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:
🔹️vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər;
🔹️Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
🔹️bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
🔹️hamilə qadınlar;
🔹️uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 🔹️yaşı 18-dən az olan işçilər;
🔹️bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;
🔹️eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
🔹️kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
🔹️Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;
🔹️Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər.

Нет комментариев

Оставить отзыв







Свежие статьи

  • Allah rəhmət etsin inşallah.
    3. сен. 2020

  • 16. ноя. 2019

  • 15. ноя. 2019

  • 9. ноя. 2019

  • 9. ноя. 2019

  • 7. ноя. 2019

  • 5. ноя. 2019
Bizim məqsədimiz vətəndaşların hüquq maarifləndirmə işinə maksimum töhvə vermək, eyni zamanda hüquq sahəsində biliklərimizi vətəndaşlara catdırmaqla onların hüquqlarının təmin edilməsi istiqamətində əlmizdən gələn bilik və bacarıqlarımızı istifadə etməkdir.
Сайт создан с Mozello - самым удобным онлайн конструктором сайтов.

Создайте свой веб-сайт или интернет-магазин с Mozello.

Быстро, просто, без программирования.

Сообщить о нарушении Подробнее