Перейти к основному содержимому
  • RUS
  • AZE






  • Блог
  • Галерея
  • Обо мне
  • Блог

9. Ноябрь, 2019 в 21:27, Нет комментариев
Həyatı real təhlükədə olan şəxs silahdan istifadə etsə, məsuliyyət daşıyırmı…

Şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər “özünümüdafiə” adlanır. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir.
 

İnsanlar təhlükəli məqamlarda özünümüdafiə zamanı soyuq və odlu silahdan istifadə edirlər. Bəs buna görə məsuliyyət daşınılırmı? Bu olduqca qəliz məsələdir. İnsanın həyatı və sağlamlığı üçün real təhlükə varsa və insan özünümüdafiə üçün hər hansı vasitədən istifadə edirsə, təbii ki, buna görə o, məsuliyyətdən kənardır. Amma elə hallar var ki, məsələn, biri digər şəxsin evini qarət etməyə girib və evin sahibi odlu silahdan istifadə etmək istəyəndə qarətçi qaçır. Bəzən ev sahibi həmin qaçan şəxsin arxasınca gedir və ona atəş açır. Bu zaman silahdan istifadə edən şəxs məsuliyyət daşıyır. Çünki burada onun həyatı üçün təhlükə olmadığı halda o, silahdan istifadə edir.

Bir insanın üzərinə silah və digər vasitələrlə hücüm edilən zaman onun həyatı və sağlamlığı üçün real təhlükə varsa, bu zaman həmin şəxs məsuliyyət daşımır. Bunu bir cümləylə belə demək olur: insanın həyatı və sağlamlığı üçün real təhlükə yaranarsa, o, özünü qorumaq üçün istənilən vasitədən istifadə edə bilər. Əgər belə bir təhlükə yoxdursa, bu zaman şəxs üçün cinayət məsuliyyət yarana bilər. Lakin belə bir şey də var ki, kiminsə hücum etməsi o demək deyil ki, səni öldürəcək. Hər bir halda bu, ədalətli istintaq tələb edir və törədilən hərəkətlərə hüquqi qiymət verilməsi üçün kifayət qədər professionalcasına yanaşma tələb olunur”.

Нет комментариев

Оставить отзыв







Свежие статьи

  • Allah rəhmət etsin inşallah.
    3. сен. 2020

  • 16. ноя. 2019

  • 15. ноя. 2019

  • 9. ноя. 2019

  • 9. ноя. 2019

  • 7. ноя. 2019

  • 5. ноя. 2019
Bizim məqsədimiz vətəndaşların hüquq maarifləndirmə işinə maksimum töhvə vermək, eyni zamanda hüquq sahəsində biliklərimizi vətəndaşlara catdırmaqla onların hüquqlarının təmin edilməsi istiqamətində əlmizdən gələn bilik və bacarıqlarımızı istifadə etməkdir.
Сайт создан с Mozello - самым удобным онлайн конструктором сайтов.

Создайте свой веб-сайт или интернет-магазин с Mozello.

Быстро, просто, без программирования.

Сообщить о нарушении Подробнее