Перейти к основному содержимому
  • RUS
  • AZE






  • Блог
  • Галерея
  • Обо мне
  • Блог

Allah rəhmət etsin inşallah.

3. Сентябрь, 2020 в 10:29, Нет комментариев
3 sentyabr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sabiq Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoruRasim Musayevin vəfat etdiyi gündür.
Gözəl insan, vətənpərvər zabit, dəfələrlə qayğısını gördüyüm rəis, onu tanıyanların qəlbində xoş xatirə ilə yaşayan ağsaqqal Rasim müəllimə Allah rəhmət etsin inşallah.

Rasim Musayev 10 iyun 1960-cı ildə Tərtər rayonununda anadan olub. Əslən Göyçə mahalının Kiçik Məzrə kəndindəndir.

Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini,Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat etmişdir. Mehdiabad qəbiristanlığında dəfn edilib.

Нет комментариев

Оставить отзыв







Свежие статьи

  • Allah rəhmət etsin inşallah.
    3. сен. 2020

  • 16. ноя. 2019

  • 15. ноя. 2019

  • 9. ноя. 2019

  • 9. ноя. 2019

  • 7. ноя. 2019

  • 5. ноя. 2019
Bizim məqsədimiz vətəndaşların hüquq maarifləndirmə işinə maksimum töhvə vermək, eyni zamanda hüquq sahəsində biliklərimizi vətəndaşlara catdırmaqla onların hüquqlarının təmin edilməsi istiqamətində əlmizdən gələn bilik və bacarıqlarımızı istifadə etməkdir.
Сайт создан с Mozello - самым удобным онлайн конструктором сайтов.

Создайте свой веб-сайт или интернет-магазин с Mozello.

Быстро, просто, без программирования.

Сообщить о нарушении Подробнее