Allah rəhmət etsin inşallah.


Şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər “özünümüdafiə” adlanır. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir.
İnsanlar təhlükəli məqamlarda özünümüdafiə zamanı soyuq və odlu silahdan istifadə edirlər. Bəs buna görə məsuliyyət daşınılırmı? Bu olduqca qəliz məsələdir. İnsanın həyatı və sağlamlığı üçün real təhlükə varsa və insan özünümüdafiə üçün hər hansı vasitədən istifadə edirsə, təbii ki, buna görə o, məsuliyyətdən kənardır. Amma elə hallar var ki, məsələn, biri digər şəxsin evini qarət etməyə girib və evin sahibi odlu silahdan istifadə etmək istəyəndə qarətçi qaçır. Bəzən ev sahibi həmin qaçan şəxsin arxasınca gedir və ona atəş açır. Bu zaman silahdan istifadə edən şəxs məsuliyyət daşıyır. Çünki burada onun həyatı üçün təhlükə olmadığı halda o, silahdan istifadə edir.
Bir insanın üzərinə silah və digər vasitələrlə hücüm edilən zaman onun həyatı və sağlamlığı üçün real təhlükə varsa, bu zaman həmin şəxs məsuliyyət daşımır. Bunu bir cümləylə belə demək olur: insanın həyatı və sağlamlığı üçün real təhlükə yaranarsa, o, özünü qorumaq üçün istənilən vasitədən istifadə edə bilər. Əgər belə bir təhlükə yoxdursa, bu zaman şəxs üçün cinayət məsuliyyət yarana bilər. Lakin belə bir şey də var ki, kiminsə hücum etməsi o demək deyil ki, səni öldürəcək. Hər bir halda bu, ədalətli istintaq tələb edir və törədilən hərəkətlərə hüquqi qiymət verilməsi üçün kifayət qədər professionalcasına yanaşma tələb olunur”.








TURİSTLƏRİN HÜQUQLARI

Turistlərin hüquqları
Turizm xidmətlərinin göstərilməsi barədə müqavilədə təşkilatçı səfəri necə təşkil edəcəyini, hansı ərazilərə səfərin təşkil olunacağını və turistin başlanğıc yerinə qaytarılacağını göstərə bilər. Həmçinin turizm xidmətlərinin göstərilməsi yalnız turistin daşınmasından ibarət olmamalıdır. Belə ki turizm xidməti göstərən təşkilat daşıma xidmətlərindən əlavə? qidalanma, mehmanxanada yerləşdirmə və səfər çərçivəsində turistin mədəni tədbirlərdə iştirakını da təmin etməlidir.
Turist səfərlərinin təşkilatçısı səfərin keyfiyyətinə qarantiya verməli və buna görə məsuliyyət daşıyır. Belə ki, təşkilatçı müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun gələn şəraiti yaratmalıdır. Əks halda, dəymiş ziyana görə öz əmlakı ilə turist qarşısında məsuliyyət daşıyır. Belə ki, səyahət müddətində qüsurlar meydana çıxarsa, turist xidmətin təşkilatçısına məlumat verməlidir. Əgər təşkilatçı bu qüsurları dərhal aradan qaldırmazsa, turist xidmətin dəyərinin ağılabatan məbləğdə aşağı salınmasını tələb etmək, və ya meydana çıxmış qüsurlar müqavilə şərtlərində göstərilmiş şəraitə açıq-aşkar uyğun deyilsə və turistin verdiyi vaxt müddətində təşkilatçı qüsuru aradan qaldıra bilməmişsə, yaxud bundan imtina etmişsə, müqavilənin ləğv edilməsini tələb etmək hüququ var. Həmçinin ödənilmiş məbləğin geri qaytarılmasını, dəymiş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilər.
Turizm xidmətinin göstərilməsi ilə bağlı müqavilədən səfər başlayanadək turist imtina edə bilər. Bu zaman turist xidmətinin təşkilatçısı həmin səfərin təşkili üçün çəkilmiş xərclərin əvəzi olaraq ağılabatan kompensasiya tələb edə bilər.

Nigah müqaviləsi nə üçün lazımdır?


Hər bir rəhbərin sınaqdan keçmiş 5 motivasiya üsulu
1.İnkişaf və təlim
Ağıllı və ambisiyalı əməkdaşların daimi zehin stimulyasiyasına ehtiyacı var. Davamlı durğunluq onları demotivasiya edir və yeni iş barədə düşünməyə vadar edir. Belə insanlara ən son yeniliklərə, işdə yeni texnikanı, qəbul edilmiş qanun və normativ hüquqi aktları tətbiq etməyə və praktiki bacarıqları inkişaf etdirməyə imkan yaradın. Onlara uğurlu, peşəkar və təcrübəli insanlarla ünsiyyətdə olmağa şərait yaradın. Və bilikləri dərinləşdirməyin və möhkəmləndirməyin ən yaxşı üsulu öyrətmək olduğundan, onları xidmət yerinizdəki cavan kadrların hazırlanması prosesinə cəlb edin.
2.Təşəkkür
Yaxşı əməkdaşlar yalnız öz əməklərinin nəticələrindən deyil, həmçinin rəhbərliyin onların uğurlarına göstərdiyi reaksiyadan həvəslənirlər. Sizin xidmətinizi və tapşırıqlarınızı yaxşı edən, problemlərinizi həll edən, gözləntilərinizi artıqlamasıyla doğruldan insanlar özləri ilə qürur duymalı və təşəkkür almalıdırlar.
Onlar dəyərli olduqlarını hiss etməlidirlər. Açıq şəkildə təşəkkürünüz onlara əməkdaşlar arasındakı rolunu hiss etməyə kömək edəcək.
3. Məsuliyyət və öhdəliklər
Aktiv əməkdaşlar daha böyük iş görməyə hazırdırlar və buna can atırlar. Əlbəttə, siz bir rəhbər kimi onlara vacib məsələləri həvalə etməkdə çətinlik çəkirsiniz, xüsusilə də onlar bu cür tapşırıqlara ilk dəfə rast gəlirlərsə.
Lakin insanlar daha tez o zaman böyüyürlər ki onlar hansısa bir işi özləri görürlər və səhvlər edirlər. Ən yaxşı əməkdaşlarınıza yeni öhdəliklər verin, imkan yaradın ki onlar özləri daha çətin məslələrin öhdəsindən gəlsinlər.
4. İşdən zövq almaq
Qaranlıq işdən başqa heçnədən ibarət olmayan 8 saatlıq ağır iş günü perspektivindən daha çox demotivasiya edən heçnə yoxdur. İşçiləri zombiyə döndərən, səhər 9:00 da işə ayaq basıb, 18:00 olan kimi isə 1 dəqiqə belə yubanmadan çıxışa doğru irəlliləməyə sövq edəndə məhz budur.
Əgər işçilərinizin işə sevinclə gəlməsini və özlərini bütövlüklə işə atılmalarını istəyirsinizsə, iş yerini onların sevdikləri yerə çevirin.
Uğurları və nailiyyətləri maraqlı və yadda qalan qeyd etmək üçün üsullar barədə fikirləşin.
İşçilər arasında əməkdaşlıq və qarşılıqlı yardımın yaranması üçün həvəsləndirici tədbirlər görün. Xidməti yerində emosional bağlantı nə qədər inkişaf etmiş olsa, işçiləriniz də bir o qədər məmnuniyyətlə işləyib birgə nəticlər əldə etməyə can atacaqlar.
5. Şəxsi və peşəkar inkişaf
Əlbəttə, elə insanlar var ki 20 il eyni vəzifədə çalışmağa hazırdırlar, onların bacarıqlarını həyata keçirmək xidməti otaq hüdudlarından kənardadır. Amma əgər siz görürsünüz ki, digər, xüsusi dəyərə malik, əməkdaşlarınız darıxmağa başlayırlar və narazılıqlarını bildirirlər, bu onlarda stimulun olmasından irəli gəlir.
Onlar irəli getmək, daim planı yüksəyə qaldırmaq və nəyə qadir olmalarını sınamaq istəyirlər. Mütəxəssislərin araşdırmalarına əsasən onlar üçün ən dəyərli qeyri maddi mükafat şəxsi və peşəkar təlimlərdir. Ona görə öz vəsaitlərinizi elə tutun ki hər bir işçinin inkişaf etmək, potensialını bütövlüklə aşkara çıxarmaq və təqdirə layiq nəticələr əldə etmək imkanı olsun.